AAMIK

Əsasnamə

Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitənin Əsasnaməsi


1. Komitənin məqsədi

Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitənin məqsədi Azərbaycan Respublikasının Avropa Birliyinə inteqrasiyası proseslərinə vətəndaş cəmiyyətinin səfərbər olunmasına, Avrointeqrasiya ilə əlaqədar qərarların qəbul olunmasında, həyata keçirilməsində və monitorinqində vətəndaş cəmiyyətinin yaxından iştirakının təmin edilməsinə nail olmaqdır.

2. Komitənin üzvləri

Bu Əsasnamənin 1-ci bəndində göstərilən məqsədlərə çatmaq işinə töhfələr verən, bu Əsasnamənin müddəalarını qəbul edən şəxslər Komitənin üzvü ola bilər.

Кomitə üzvü olmaq istəyənlər Komitənin Sədrinə ərizə verməlidirlər.

Кomitəyə yeni üzv Komitə üzvlərinin 2/3-dən çoxunun razılığı ilə qəbul edilir. Qurulduğu gündən keçən hər növbəti il ərzində Komitə üzvlərinin sayı 50 faizdən çox ola bilməz.

Yeni üzvlərin qəbulu ilə bağlı ərizələrə Komitə sədrlərinin növbəti seçkiləri keçirilən ümumi yığıncağında baxılır.

Komitəyə üzvü istədiyi an Komitə sədrinə bildiriş verməklə üzvlüyünü dayandıra bilər.

Komitənin üzvü Komitənin məqsədlərinə uyğun olmayan hərəkətlər etdiyi, Komitənin nüfuzuna xələl gətirdiyi və ya bu Əsasnamə ilə üzərinə düşən öhdəlikləri mütəmadi şəkildə yerinə yetirmədiyi halda Komitə üzvlərinin 2/3-dən çoxunun qərarı ilə Komitə üzvlüyündən çıxarıla bilər. Komitə üzvlüyündən çıxarılma ilə bağlı məsələ Komitənin ümumi yığıncağının baxışına Komitənin Sədrləri və ya Komitə üzvlərinin 1/3-nin tələbi ilə çıxarılır (Komitə üzvlərinin siyahısı).

3. Кomitənin hüquqi statusu

Кomitə hüquqi şəxs deyil.

4. Komitənin fəaliyyət formaları

  • Ölkə və Avropa Birliyinin qurumları və vəzifəli şəxsləri ilə vətəndaş cəmiyyətinin əməkdaşlığının qurulması;
  • Avropaya inteqrasiya ilə bağlı prosesləri qiymətləndirmək və münasibət bildirmək, həmin prosesləri sürətləndirə və genişləndirə bilən təkliflər vermək;
  • Avropaya inteqrasiya prosesləri barədə ölkə ictimaiyyətinin məlumatlandırılması;
  • Müzakirələrdə, diskussiyalarda və disputlarda iştirak etmək;
  • Bütün maraqlı tərəflərlə danışıqlar aparmaq və əməkdaşlıq etmək;
  • Komitənin məqsədlərinin həyata keçirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləmək və təşviq etmək.

5. Komitə üzvlərinin hüquqları

Komitə üzvünün aşağıdakı hüquqları var:

  • Komitənin tədbirlərində iştirak etmək;
  • Komitə sədrini seçmək və bu vəzifəyə seçilmək;
  • Komitənin məlumat bazalarından istifadə etmək;
  • Кomitə sədrlərinin fəaliyyəti barədə məlumat tələb etmək;
  • Komitənin məqsədlərinə uyğun təkliflər irəli sürmək;
  • Komitənin məqsədlərinə uyğun layihələr həyata keçirmək. Komitə üzvü Komitənin adından istifadə etdikdə Komitədən icazə almalıdır;
  • Komitə üzvünün Komitə adından hər hansı bəyanat vermək hüququ yoxdur.

6. Komitə üzvlərinin vəzifə və öhdəlikləri

Komitə üzvü bu Əsasnaməni rəhbər tutmalı və Komitənin nüfuzuna xələl gətirən addımlardan və bəyanatlardan çəkinməlidir.

7. Komitənin rəhbər orqanları

Komitənin ali rəhbər orqanı onun üzvlərinin ümumi yığıncağıdır.

Komitə üzvlərinin 1/3-dən çoxu iştirak etdikdə Ümumi Yığıncaq qərarlar (Əsasnaməyə dəyişikliklərin edilməsi, Komitənin ləğvi, Komitəyə üzvlərin qəbulu və çıxarılması, Sədrin 2-ci dəfə seçilməsi barədə qərarlar istisna olmaqla) qəbul etməyə səlahiyyətlidir. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

Qərarlar e-mail sorğusu əsasında da keçirilə bilər. E-maillə səsvermə qaydasını Sədrlər Şurası müəyyən edir. E-poçtla səsvermə zamanı “Susmaq” səsvermədə “bitərəf qalmaq” kimi qiymətləndirilməlidir.

Komitə üzvlərinin 2/3-nün tələb etdikdə səsvermə canlı keçirilməlidir.

Ümumi Yığıncaq ən azı ayda bir dəfə keçirilir. Növbədənkənar Ümumi Yığıncaq Komitə üzvlərinin ən azı 1/5-nin tələbi ilə çağırıla bilər.

Ümumi yığıncaqlararası dövrlərdə Komitənin rəhbər orqanı onun Sədrlər Şurasıdır. Sədrlər Şurası 2 Həmsədrdən və Fəaliyyətdə olan Sədrdən ibarətdir. Sədrlər Komitə üzvləri tərəfindən gizli səsvermə yolu ilə bir illik (birinci Sədrlər Şurasının iki üzvü istisna olmaqla) müddətə seçilir. Hər 4 aydan bir Həmsədrlərdən biri dəyişir.

Sədrlər Şurası ilk dəfə seçilərkən səsvermənin nəticələrinə görə 3-cü yer tutmuş Sədr 4 aylıq müddətə seçilir və bu müddət ərzində Komitənin ilk Fəaliyyətdə olan Sədri olur. Səsvermədə 2-ci yeri tutmuş Sədr 8 aylıq müddətə seçilir və sonrakı 4 ayda Komitənin Fəaliyyətdə olan Sədri olur. Səsvermədə ən çox səs toplamış Sədr bir illik müddətə seçilir və sonrakı 4 ayda Komitənin Fəaliyyətdə olan Sədri olur.

Fəaliyyətdə olan Sədrin Həmsədrlərdən fərqli vəzifəsi aşağıdakılardır: Sədrlər Şurasının iclaslarında sədrlik etmək; Sədrlər Şurasının və Ümumi Yığıncağın toplantılarını təşkil etmək; Komitənin bəyanatlarını səsləndirmək; Komitənin müraciətlərini və digər sənədlərini imzalamaq; mətbuat konfransları keçirmək və Katibliyə rəhbərlik etmək.

Sədrlər Şurası Ümumi Yığıncağın səlahiyyətində olan məsələlər istisna olmaqla başqa məsələlər barədə qərarlar qəbul edə bilər. Sədrlər Şurasının qərarları konsensus əsasında qəbul edilir. Sədrlər Şurasının qəbul etdiyi qərarlar, eləcə də konsensus əldə olunmayan məsələlər barədə Komitə üzvlərinə gecikmədən məlumat verilir.

Komitə üzvü yalnız Komitə üzvlərinin 4\5-ü ona səs verdikləri halda 2-ci dəfə Sədr seçilə bilər.

Fəaliyyətdə olan Sədr və Həmsədrlər Komitənin məqsədləri ilə əlaqəli qrant layihələrinə rəhbərlik edə bilməzlər.

Fəaliyyətdə olan Sədr və Həmsədrlər Komitənin yalnız institusional layihələrindən qonorar ala bilərlər.

8. Komitənin icra orqanı

Komitənin icra orqanı Katiblikdir. Katibliyin vəzifələri aşağıdakılardır:

  • Komitə iclaslarının və digər tədbirlərin təşkili;
  • Komitə sənədlərinin (təsis sənədləri, bəyanatlar, qərarlar, protokollar) saxlanılması;
  • Komitə iclaslarının protokollaşdırılması;
  • Komitənin məlumat bazasının (AQS, Avropa Birliyinə, digər ölkələrin təcrübəsinə aid və sair) təşkili;
  • Komitə üzvlərinin məlumatlandırılması;
  • Komitənin Veb-səhifəsinin yaradılması və aktual vəziyyətdə saxlanılması;
  • Sədrlər Şurasının verdiyi tapşırıqları yerinə yetirilməsi.

Katibliyin iş planı və tərkibini Sədrlər Şurası müəyyən edir. Katiblik gündəlik fəaliyyətində birbaşa Komitə Sədrlərinə tabedir.

9. Şəffaflıq

Komitənin fəaliyyəti ictimaiyyət, dövlət qurumları və KİV-lər üçün açıqdır. İstənilən qurum və vətəndaş Komitənin fəaliyyəti barədə məlumatı Komitə Katibliyindən əldə edə bilər. Komitənin fəaliyyəti onun Veb-səhifəsində şəkildə işıqlandırılır. Komitə vaxtaşırı hesabatlarını açıqlayır.

10. Maliyyələşdirmə

Komitənin fəaliyyəti qrantlar, ianələr, eləcə də Komitə üzvlərinin verdiyi maliyyə vəsaitləri hesabına maliyyələşdirilir. Komitə yalnız institusional məqsədli qrant ala bilər.

Komitə üzvləri öz təşəbbüsləri ilə Komitənin məqsədlərinə uyğun fəaliyyətdə buluna bilərlər.

Komitə üzvlərinin Komitənin məqsədlərinə uyğun fəaliyyətləri üçün maliyyə tapmağa borclu deyil. Komitə üzvləri Komitənin məqsədlərinə uyğun fəaliyyətləri barədə Komitəyə məlumat verirlər

11. Əsasnaməyə dəyişiklik edilməsi

Bu Əsasnaməyə dəyişiklik Komitə üzvlərinin ən azı 2/3-nin razılığı ilə edilir. Əsasnaməyə dəyişiklik barədə təklifi Komitə üzvlərinin 1\3-i və ya Sədrlər Şurası irəli sürə bilər.

12. Ləğvetmə

Кomitə onun üzvlərinin ən azı 2/3-nin razılığı olduqda ləğv edilir. Komitənin ləğvindən sonra qalan vəsaiti Komitənin məqsədlərinə uyğun olan işlərə xərclənir.

 


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  2. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  3. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  4. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  5. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  6. AAMIK mətbuat konfransı keçirdi

  7. Yunanıstan səfirliyində görüş

  8. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  9. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  10. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  11. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  12. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  13. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  14. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  15. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  16. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  17. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  18. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı

  19. AŞPA Komitəsinin Bakı iclası işinə başladı

  20. Referenduma yalnız Dağlıq Qarabağla Bakı arasında bağlanmış sülh sazişi çıxarıla bilər"