Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları öz cəmiyyətləri çərçivəsində siyasi töhfə verməkdə, yeni təşəbbüsləri dəstəkləməkdə və hökumətin hesabatlılığının qorunmasında həlledici rol oynayır.
Onlar ümumi dəyərlərə, yəni demokratiya və insan haqlarına hörmət, qanunun aliliyi, yaxşı idarəetmə, bazar iqtisadiyyatı prinsipləri və dayanıqlı inkişafa əsaslanmış demokratik və bazara istiqamətlənmiş islahatların dəstəklənməsində fəal tərəflər ola bilərlər. Bunlar həm də yeni yaradılmış Şərq Tərəfdaşlığı Proqramı daxil olmaqla Avropa Qonşuluq Siyasətinin (AQS) dəyərləri və məqsədləridir.
2008-ci ilin dekabrında Komissiya “Vətəndaş Cəmiyyəti Təşkilatlarının gələcək inkişafını dəstəkləməyi və xüsusilə “VCT arasında əlaqələri dəstəkləmək və onların dövlət hakimiyyəti orqanları ilə dialoquna yardım məqsədilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunu yaratmağı ” təklif etmişdi.
Geri