AAMIK

08.06.2010, Bakı şəhəri - AAMİK "Avro" yanacaq standardlarına dair konfrans keçirəcək

Azərbaycan hökumətinin qərarı ilə ölkədə 2010-cu ilin iyul ayının 1-dən Avro 1 və Avro 2 yanacaq standartlarının tətbiqi qərara alınmışdır. Elə həmin qərarla daha yüksək “Avro” yanacaq standartlarına keçidin planlaşdırılması nəzərdə tutulur. Ətraf mühitin mühafizəsinə və insan sağlamlığına xidmət edən bu mütərəqqi qərarın iqtisadiyyata və əhaliyə təsiri, Avro standartlarına keçidin təsirinin yumşaldılması və s. bu kimi məsələlər Vətəndaş Cəmiyyətini narahat edir.

   Hökumət rəsmilərinin məlumatlarından görünür ki, Avro 1 və Avro 2 standartlarına keçidin ölkə iqtisadiyyatına, əhalinin iqtisadi və sosial durumuna ağrılı təsiri olmayacaqdır. Lakin digər ölkələrin təcrübəsindən görünür ki, daha yüksək Avro standartlarına keçid müəyyən iqtisadi və sosial problemlər yaradır.

   Avro-1 və Avro-2 standartlarına keçid üzrə görülən tədbirlər və Avro-3-6  standartlarına keçidlə bağlı gözləntilərin ölkə ictimaiyyəti ilə müzakirə olunması məqsədilə İctimai forumun keçirilməsi Hökumət-Vətəndaş Cəmiyyəti daimi dialoqunun qurulmasına səbəb olar, qərarların qəbul edilməsində ictimaiyyətin iştirakının, idarəetmənin şəffalığının nümunəsi ola bilər.

Bununla bağlı Azərbaycan Avrointeqrasiya Milli ictimai Komitəsi "Ekolex" təşkilatı ilə birgə iyunun 11-də Hyyat Regency otelinin "Şuşa" zalında "Avro yanacaq standardlarına keçid:mərhələlər və gözləntilər" mövzusunda konfrans keçirək. Tədbirə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Standarlaşma, Metrologiya və Patent Komitəsinin, Dövlət Neft Şirkətinin, eləcədə digər hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət alıblar.

Konfransda iştirak etmək üçün 050 573 83 43 telefonu ilə və yaxud ilgar.hasanli@yahoo.de elektron poçtu vasitəsi ilə AAMİK-in əlaqələndiricisi İlqar Həsənli ilə əlaqə saxlamaq xahiş olunur.

 


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  2. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  3. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  4. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  5. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  6. AAMIK mətbuat konfransı keçirdi

  7. Yunanıstan səfirliyində görüş

  8. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  9. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  10. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  11. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  12. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  13. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  14. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  15. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  16. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  17. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  18. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı

  19. AŞPA Komitəsinin Bakı iclası işinə başladı

  20. Referenduma yalnız Dağlıq Qarabağla Bakı arasında bağlanmış sülh sazişi çıxarıla bilər"