AAMİK-in Şamaxı gəncləri ilə görüşü
Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin əsas fəaliyyətlərindən biri regionlarda Avropa Birliyi, Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları barəsində maarifləndirmə kampaniyasının aparılmasıdır. Bu istiqamət eyni zamanda komitənin digər istiqaməti olan - gənclərlə iş istiqaməti ilə sintez şəklində həyata keçirilir.
Artıq bir çox şəhər və bölgələrdə, o cümlədən Sumqayıtda, Gəncədə, Xaçmazda, Lənkəranda bu cür görüçlər baş tutub.
Mayın 1-də regionlarda maarifləndirmə kampaniyasının “Avrointeqrasiya – müstəqillıyimizin atributudur” mövzusunda silsilə görüşlərinin növbəti görüşü qədim Şamaxı şəhərində keçirilmışdir. Görüşdə AAMİK-in üzvləri Eldar Namazov, Səidə Qocamanlı, Səadət Bənanyarlı və İlqar Həsənli iştirak edirdilər. Şamaxıda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə yanaşı, tədbirdə yerli gənclər təşkilatlarından nümayəndələr, həmçinin müəllim və tələbələr iştirak edirdilər.
Azərbaycanın Avropa Birliyi ilə münasibətləri, Şərq Tərəfdaşlıq Proqramı, Avropa dəyərləri və milli mentalitet və digər mövzular ətrafında maraqlı diskussiyalar aparılmışdır. 2010 ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı gənclərin müxtəlif sualları da qonaqlar tərəfindən cavablandırılmışdır.
Tədbir Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmışdir.
Geri