Iyunun 4-də Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi və Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının birgə mətbuat konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan AAMİK-in koordinatoru İlqar Həsənli 2010-cu ildə təşkilatın icra etdiyi proqramlar və layihələrin mətbuata daha operativ çatdırılmasına önəm verildiyini vurğuladı.
Konfransda Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov 2010-cu il 17-18 noyabr tarixində keçiriləcək Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu (ŞTP VCF) barədə məlumat və ərizələrin qəbulu qaydaları barədə məlumat verdi.
Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı Proqramında (ŞTP) fəal iştirak etmək vətəndaş cəmiyyəti nümayəndələri üçün önəmli fəaliyyətdən birinə çevrilməlidir. Hakimiyyətin Avrointeqrasiya proseslərində daha ciddi addımlar atmasına məhz vətəndaş cəmiyyəti tərəfindən təşəbbüslər olmalıdır. Xüsusən də nəzərə alsaq ki, ŞTP-da ölkəmizin fəal iştirakının təmin olunmasında vətəndaş cəmiyyəti bir institut kimim Avropa Birliyi tərəfindən bu proqrama salınmışdır, bu istiqamətdə səylər daha intensiv xarakter daşıyacaqdır”. Sayca 2-ci olacaq VCF-nun toplantısı bu il Berlin şəhərində keşiriləcəkdir. Koordinator Azərbaycan VC nümayəndələrini ərizə ilə foruma müraciət etməyə çağırdı. Eyni zamanda qeyd etdi ki, seçim qaydalarına əsasən2009-cu ildə seçilmiş 21 nəfərlik forum üzvlərinin yalnız 40 faizi yenilənəcək və hər bir təşkilat yalnız üç dəfə foruma üzv seçilə biləcəkdir.
Mətbuat konfransında Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin fəaliyyətdə olan sədri Vahid Qazi qurumun yaxın aylarda görəcəyi işlərdən məlumat verdi. Vahid Qazi bildirdi ki, AAMİK bu yaxınlarda müxtəlif mövzularda dəyirmi masalar və konfranslar keçirəcək, bu da cəmiyyətdə komitənin nüfuzunun daha da artmağına zəmin yaradacaq. Tədbirlərin arasında Avro yanacaq standardlarına keçidlə bağlı konfrans, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesi və s. maraqlı tədbirləri qeyd edən komitə sədri bildirdi ki, "komitə bir çox istiqamətlərdə hökumət və Avropa Birliyi ilə əməkdaşlıq etmək niyyətindədir".
Xatırladaq ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun ilk iclası 16-17 noyabr 2009-cu il tarixdə Brussel şəhərində keçirildi. Forumda iştirak etmək üçün Azərbaycandan 21 təşkilat akreditasiya almışdı.
Geri