“Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak”
mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir
Müsabiqənin məqsədi Azərbaycandakı ən müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilat və təşəbbüs qruplarının ümümavropa ictimai və professional qurum və şəbəkələrinə qoşulması, və bu vəsiləylə Azərbaycanın Avropa prosesində iştirakının daha geniş və çoxşaxəli tərzdə təmin olunmasının dəstəklənməsidir.
Qrant layihəsinin məzmunu həmin şəbəkələrin mühüm toplantıları ilə bağlı səfər xərcləri, hər hansı şəbəkənin Azərbaycanda təqdim edilməsi (həmçinin publikasiyalar vasitəsi ilə), beynəlxalq təşəbbüsə qoşulmaq və onda iştirak etmək kimi fəaliyyət növlərinə aid edilə bilər.
Hər bir layihənin büdcəsinə 5.000 ABŞ dollarına qədər məbləğ ayrıla bilər. Əlavə maliyyə mənbələrin mövcudluğu ərizəyə baxıldlqda ona üstünlük gətirir.
Layihələr ACİ YF-nun ümumi qrant ərizəsi və müvafiq formatda fondun qəbul şəbəsinə təqdim olunmalıdır.
Ərizələrin qəbulu üçün son müddət 2010-cu il, 23 iyul, saat 15:00-dəkdir
Qrant ərizəsi formaları üçün http://www.osi.az web-saytına, əlavə məlumat və məsləhət üçün isə ACI YF-nun Avrointeqrasiya Proqramına müraciət oluna bilər.
Ünvan: Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu
Həsən Əliyev küçəsi 117-А
BAKI AZ-1110
telefon: 564 34 65, 67, 68, 69, 75, 76, 77, 78, 79
faks: 564 34 66
Geri