AAMIK

Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

 

İyulun 9-u Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) Bakıda “Srebrenitsa - 15 il. Soyqırımı anatomiyası” adlı dəyirmi masa keçirilib. Dəyirmi masanı açan AAMİK sədri Vahid Qazi iyulun 11-də bütün dünyada 15-ci ildönümü qeyd olunacaq Srebrenitsa soyqrımı haqda qısa məlumat verib: “15 il qabaq serblər Bosniyanın Srebrenitsa şəhərində 17-70 yaş arası olan 10 mindən artıq müsəlman əhalini kütləvi şəkildə qətlə yetirib. İnsanlar diri-diri kütləvi məzarlıqlarda basıdırılıblar. Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq qurumlar 1995-ci ilin iyulunda baş verən bu hadisələri soyqırımı kimi tanıyaraq bütün bəşəriyyəti belə vəhşi cinayətlərin bir daha təkrarlanmaması üçün tədbirlər görməyə çağırıblar.

Bu cinayəti törədənlər beynəlxalq tribunalda cəzalandırılıblar. Serbiya parlamenti isə rəsmi şəkildə zərərçəkmişlərdən üzr istəyib. Biz istərdik ki, bütün dünyanı sarsıtmış bu faciənin 15-ci ldönümündə soyqırımının tarixi, onun beynəlxalq tribunalda tanınma təcrübəsini bir daha müzakirə edək. Bununla da Srebrenitsa hadisələrindən daha qəddarlığı ilə seçilən Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması yollarını gündəmə gətirək”.

“Srebrenitsa: tarixə baxış” mövzusunda məruzə ilə çıxış edən tarixçi alim Oqtay Əliyev deyib: “15 il əvvəl sadəcə Srebrenitsa şəhərində deyil, Bosniyanın 13 yaşayış məntəqəsində müsəlmanlara qarşı kütləvi qətliamlar həyata keçirilib. Ən dəhşətli işgəncələrin tətbiq edildiyi bu hadisələr nəticəsində 200 mindən artıq günahsız insan qətlə yetirilib. Minlərlə insan yaralanıb, müxtəlif bədən xəsarəti alıb, əlil olub. 2 milyondan artıq adam qaçqına çevrilib. Bu gün də həmin qaçqınların yerləşdirilməsi, onların problemlərinin həll olunması prosesi başa çatdırılmayıb”.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Dilbadi Qasımov deyib ki, istər Srebrenitsa, istərsə də Xocalıda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qətliamlarda soyqırımı aktının detalları açıq-aşkar görünməkdədir. Bosniyadakı soyqırım aktında müsəlmanlar bilərəkdən, düşüncəli, məqsədli şəkildə kütləvi qətlə yetirilib. Xocalı hadisələri zamanı da ermənilərin azərbaycanlılara qarşı bu cür vəhşiliklər etdiyini sübut edən kifayət qədər fakt var”.

Dəyirmi masada AAMİK üzvü Sahib Məmmədov “Srebrinitsa - Xocalı: mümkün paralellər”, politoloq Sahil İsgəndərov isə “Barışıq yollarının axtarılması. Sülhün bərqərar olunmasında vətəndaş cəmiyyətinin rolu” adlı məruzələrlə çıxış ediblər.


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. Azərbaycanda ilk dəfə “Söz və ifadə azadlığına ictimai dəstək” FORUMU təşkil olunur

  2. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  3. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  4. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  5. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  6. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  7. AAMIK mətbuat konfransı keçirdi

  8. Yunanıstan səfirliyində görüş

  9. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  10. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  11. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  12. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  13. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  14. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  15. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  16. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  17. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  18. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  19. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı

  20. AŞPA Komitəsinin Bakı iclası işinə başladı