AAMIK

AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

Dünən Parisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq, Miqrasiya və Qaçqınlar və Qadın hüquqları üzrə Komitələrinin iclası işinə başlayıb. Azərbaycanla bağlı müzakirələr, əsasən Monitorinq Komitəsində aparılıb. AŞPA-nın Azərbaycan üzrə hesabatında ənənəvi olaraq demokratik islahatlar, siyasi dustaqlar və kütləvi informasiya vasitələri məsələlərinə xüsusi diqqət ayrılıb. Bu barədə "Trend"ə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib.

O qeyd edib ki, bu hesabatın bütün bölmələri əhəmiyyət kəsb edir, çünki bu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin və tövsiyələrin yerinə yetirilməsinə həsr olunub.
"Mən ANS teleradio kanalının fəaliyyətinin bərpa olunması faktını təqdir edirəm. Lakin ofislərindən köçürülmüş qəzetlər məsələsi hazırda narahatlıq üçün ən əsas problem olaraq qalır", - deyə qeyd edən A.Herkel onu da əlavə edib ki, bütövlükdə sözügedən hesabat Azərbaycanda cəmiyyətin demokratikləşməsi məsələlərini əhatə edir.
Həmməruzəçinin sözlərinə əsasən, onlarda Azərbaycandakı reallıqlarla bağlı ətraflı məlumat var və bu reallıqları avroparlamentarilərin diqqətinə çatdırmaq fikrindədirlər. Belə ki, sözügedən iclasda AŞPA Monitorinq Komitəsinin bu yaxınlarda Azərbaycanda səfərdə olmuş həmməruzəçiləri Andres Herkel və Toni Lloydun hesabat layihəsi müzakirəyə çıxarılıb.
Bu toplantılarda Azərbaycanı Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri - Aydın Mirzəzadə, Elmira Axundova və Aydın Abbasov təmsil edir. AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edən A.Abbasovun APA-ya verdiyi məlumata əsasən, dünən iclas günün ikinci yarısında baş tutub və toplantıda Azərbaycanla bağlı məsələ də gündəmə gəlib. Amma həmməruzəçi T.Lloyd AŞPA-da Azərbaycan heyətinin rəbəri Səməd Seyidovun toplantıya qatılmadığını əsas gətirərək, müzakirələrin adı çəkilən qurumun yanvar sessiyasında aparılmasını təklif edib. T.Lloydun bu təklifi qəbul olunsa da, onun həmkarı A.Herkel Azərbaycan reallıqları haqqında danışıb.
Xüsusilə, Azərbaycanda söz və mətbuat azadlığı sahəsində problemlərdən danışan həmməruzəçi, qeyd etdiyi faktların demokratiyaya təhlükə yaratdığını və Avropa standartlarına uyğun olmadığını bildirib.
Bu tənqidi fikirlərlə razılaşmayan A.Abbasov isə sadalanan problemlərin dövlət siyasəti kimi təqdim edilməsini düzgün saymayıb. Azərbaycanlı deputatın fikrincə, əslində qeyd olunan problemlərə görə, günahı müvafiq media orqanlarında axtarmaq lazımdır, hökumət isə ölkədə yalnız qayda-qanun yaratmaq istəyir. A.Abbasov Monitorinq Komitəsinin sədri Edvard Linterin də çıxış etdiyini bildirib. Onun sözlərinə əsasən, E.Linter bu səfərini xatırladaraq, prezidentlə və digər rəsmilərlə görüşlərdən xoş təəssüratla ayrıldığını bildirib.
Dünən AŞPA Miqrasiya və qaçqınlar üzrə Komitəsinin iclası da baş tutub. Bu toplantıda iştirak edən Aydın Mirzəzadənin APA-ya verdiyi məlumata əsasən, toplantıda Leo Platvoetin Cənubi Qafqazda itkin düşmüş şəxslərlə bağlı məruzəsi müzakirə olunub.
Bu məruzəyə bəzi dəyişikliklər edildiyini bildirən millət vəkili ümumilikdə L.Platvoetin hazırladığı sənədi obyektiv hesab edib. Onun sözlərinə əsasən, sənəddə Azərbaycan torpaqlarının işğal olunması, həmin ərazilərə Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi, habelə bu münaqişə nəticəsində çoxsaylı insan kütləsinin öz yurdlarından qovulması faktı öz əksini tapıb. A.Mirzəzadənin sözlərinə əsasən, sənəddə diqqət cəlb edən digər bir məsələ isə bu münaqişə nəticəsində 5 minə qədər Azərbaycan vətəndaşının əsir düşməsi ilə bağlı olub.
A.Mirzəzadə onu da bildirib ki, məruzədə Azərbaycan tərəfini qane etməyən məqamlar da var və bu məsələ yanvarda bu komitənin növbəti toplantısında bir daha müzakirə ediləcək.

 


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. Azərbaycanda ilk dəfə “Söz və ifadə azadlığına ictimai dəstək” FORUMU təşkil olunur

  2. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  3. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  4. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  5. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  6. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  7. AAMIK mətbuat konfransı keçirdi

  8. Yunanıstan səfirliyində görüş

  9. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  10. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  11. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  12. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  13. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  14. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  15. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  16. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  17. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  18. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  19. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı

  20. AŞPA Komitəsinin Bakı iclası işinə başladı