«Belə referendum münaqişənin həlli prosesində qeyri-konstruktiv addımdır. Həmin prosesdə, tərəflərin təsdiq etdiyi kimi, bu yaxınlarda hiss olunan dərəcədə tərəqqi əldə edilib», - deyə nazir De Quxt qeyd edib.
ATƏT Nazirlər Şurasının Brüsseldə keçirilən 14-cü toplantısında Dağlıq Qarabağ üzrə edilmiş bəyanata əsaslanaraq, o bildirib: «Biz bu cür çox şeylər vəd edən anda əldə olunmuş tərəqqini riskə məruz qoya bilən hərəkəti tanımırıq».
O, həmçinin ATƏT Minsk qrupu həmsədrlərinin bugünkü bəyanatına əsaslanaraq qeyd edib: «Bu referendumun tanınmamasının səbəbi beynəlxalq ictimaiyyətin heç bir üzvünün qondarma Dağlıq Qarabağ respublikasını müstəqil dövlət kimi tanımamasıdır».
Geri