AAMIK

"Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

"Gələn ilin ilk günündən etibarən Avropa Birliyinin hüdudları daha da genişlənəcək. Bu genişlənmə prosesindən sonra sərhədlərimiz Cənubi Qafqaz bölgəsinə daha da yaxınlaşacaq. Buna görə də yeni qonşu olacağımız ərazilərdə sülh və sabitliyin bərqərar olmasında maraqlıyıq". Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosunun əməkdaşına Avropa Komissiyasının xarici əlaqələr şöbəsinin Azərbaycan üzrə koordinatoru Cüzeppe Buzini verib. O, təmsil etdiyi qurumun Cənubi Qafqaz bölgəsini zəngin, sabit və normal inkişaf edəcək məkan kimi görmək istədiyini bildirib.

"Bunun üçün isə, təbii ki, bölgədəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayırıq. Hesab edirəm ki, münaqişə tərəfi olan ölkələr də bu məsələdə maraqlı olmalıdırlar. Çünki bölgədə daimi sabitlik olarsa, Avropa Birliyi Qafqazda daha geniş proqramlar həyata keçirə bilər", - deyə o qeyd edib.
C.Buzini gələn il Bakıda Avropa Komissiyasının nümayəndəliyinin açılacağını qeyd edib. Onun sözlərinə görə, Avropa Komissiyasının dünyanın 140-dan çox ölkəsində daimi nümayəndəliyi fəaliyyət göstərir və analoji qurum Bakıda da təsis ediləcək. Avropa Komissiyasının Bakıdakı nümayəndəliyində qurum tərəfindən göndərilən xüsusi nümayəndə, səlahiyyətli səfir çalışacaq. Cüzeppe Buzini Bakıda AK nümayəndəliyinin konkret nə zaman fəaliyyətə başlayacağına aydınlıq gətirməyib.
"Hal-hazırda Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr çox yaxşı və ümidverici bir səviyyədədir. Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb, bundan əlavə ötən ayın əvvəllərində Avropa Komissiyası ilə Azərbaycan arasında energetika sahəsinə dair çox mühüm sənəd imzalanıb. Hal-hazırda biz Azərbaycana yardım üzrə əməkdaşlıq strategiyasını hazırlayaraq başa çatdırmaq üzrəyik", - deyə o qeyd edib.
Azərbaycan - Avropa Birliyi parlamentlərarası əməkdaşlıq komitəsinin yeddinci iclasının nəticələrini şərh edən Cüzeppe Buzini Azərbaycanla bağlı müəyyən problemlərin mövcud olduğunu deyib. "Üzləşdiyimiz ən mühüm problem Cənubi Qafqaz bölgəsi üçün nəzərdə tutulmuş REC - Ətraf Mühitin Qorunmasına dair Regional Mərkəz - Xartiyasının Azərbaycan tərəfdən hələ də ratifikasiya edilməməsidir. Gürcüstan və Ermənistan artıq bu xartiyanı ratifikasiya edib. Azərbaycan xartiyanı imzalasa da, sənədin ratifikasiyası hələlik reallaşmır. Bu, çox mühüm sənəddir, demək olar ki, REC proqramının Konstitusiyasıdır".
C.Buzini sənədin ratifikasiya olunmamağının səbəbini azərbaycanlı parlamentarlardan soruşmağı tövsiyə edib: "Bunu sizin parlament üzvləri daha yaxşı bilər. Ümid edirik ki, Azərbaycan tərəfi bu sənədi ratifikasiya edəcək. Çünki bu xartiya regional əməkdaşlığın əsas sütunudur və bu proqram bölgədə onsuz da çox ağır vəziyyətdə olan ətraf mühitin normallaşmasına yönəlib. Hesab edirəm ki, bu proqram çərçivəsində aparılan işlər Cənubi Qafqazda regional əməkdaşlığı daha da canlandıracaq".
"REC Xartiyasının ratifikasiyası ilə bağlı heç bir problem yoxdur. Azərbaycan tərəfi bununla bağlı öz təkliflərini artıq verib. Xartiyanın imzalanması ilə bağlı hansı çətinlik ola bilər ki? İndiyə kimi çoxsaylı sənədlər imzalayıb və icra etmişik, bu sənəd də ratifikasiya olunub icra ediləcək". Bu açıqlamanı toplantıda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov verib.
"Azərbaycan-Avropa İttifaqı parlamentlərarası əməkdaşlıq komitəsinin son toplantısının yekunlarını qənaətbəxş hesab etmək olar" deyən V.Ələsgərov Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın genişlənməsini arzuladığını bildirib. "Avropa parlamenti ilə artıq xeyli müddətdir ki, əməkdaşlıq edirik. Biz bu əməkdaşlığın genişlənməsini arzulayırıq. Bu toplantıda müzakirə olunan əsas məsələlərdən biri də parlamentlər arasında münasibətlərin genişləndirilməsi idi. Düzdür, müzakirə olunan bəzi məsələlərdə fikir ayrılığı olsa da, ümumilikdə toplantının səmərəli keçdiyini söyləmək olar", - deyə o qeyd edib.
Qeyd edək ki, Avropa Parlamentinin binasında keçirilən Azərbaycan - Avropa Birliyi parlamentlərarası əməkdaşlıq komitəsinin yeddinci iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və Milli Məclisin üzvləri iştirak ediblər.
Toplantıda Avropa Qonşuluq Siyasəti və Azərbaycan - Avropa Birliyi arasında tərəfdaşlığın mövcud durumu, bu sahədə irəliləyişlər, Azərbaycanda siyasi vəziyyət, insan haqları və demokratik inkişaf, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı məsələləri, sosial təhlükəsizlik sistemində islahatlar, ətraf mühitin qorunması məsələləri müzakirə olunub. Azərbaycan - Avropa Birliyi parlamentlərarası əməkdaşlıq komitəsinin yeddinci iclası dünən başa çatıb.
"Azərbaycan-Avropa Birliyi parlamentlərarası əməkdaşlıq komitəsinin yeddinci iclasının sonunda qəbul olunan kommunike bizi tam qane edir". Bunu Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov deyib. O, qəbul olunan yekun kommunikedə Azərbaycanın maraqlarına uyğun maddələrin öz əksini tapdığını deyib. "Qəbul olunan kommunikedə Azərbaycanda aparılan iqtisadi və siyasi islahatların uğurlu nəticələri qeyd olunub. Bu o deməkdir ki, artıq Azərbaycan güclü, hərtərəfli inkişaf etmiş bir dövlət kimi qəbul olunmaqdadır. Azərbaycan bütün sahələrdə gücləndikcə, bizimlə hesablaşmağa başlayırlar".
A.Məmmədov Azərbaycan-Avropa Birliyi parlamentlərarası əməkdaşlıq komitəsinin növbəti iclasının gələn ilin sentyabrında Bakıda keçiriləcəyini deyib.

 


Print   Tell a Friend Geri


Siz özünüzü Avropalı hesab edirsinizmi?

  • Bəli
  • Xeyr
  • Qismən
  • Bilmirəm
Bu sorğu elmi-sosioloji sorğu kimi hesab edilə bilməz

Xəbər Başlıqları

  1. “Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi məsələləri üzrə Vətəndaş Cəmiyyətinin Mövqeyi” mövzusunda konfrans

  2. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Mədəni siyasət və mədəniyyət üzrə menecment sahəsində ümümavropa təcrübəsinə dair araşdırmalar və ictimai müzakirələr” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  3. Srebrenitsa soyqırımının il dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

  4. Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu “Ümümavropa ictimai qurum və şəbəkələrində iştirak” mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edir

  5. AAMIK "Avro" yanacaq standartlarına keçidlə bağlı konfrans keçirdi

  6. AAMIK mətbuat konfransı keçirdi

  7. Yunanıstan səfirliyində görüş

  8. AAMİK-in Şamaxı gəncləri ilə görüşü

  9. Çexiyanın Azərbaycandakı Səfirliyi şengen vizaları verəcək

  10. Azərbaycan, Gürcüstan və Rumıniyanın 6 milyard avroluq yeni layihəsi

  11. Almaniya Avropa ordusunun yaradılmasını istəyir

  12. Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"

  13. Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq

  14. Edvard Çou: "Nabucco" layihəsinin 2010-cu il üçün çox aqressiv hədəfləri var"

  15. "Avropa Birliyi Qafqaza daha da yaxınlaşacaq"

  16. Tbilisidə AB-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlI ekoloji forum keçiriləcək

  17. AŞPA qış sessiyasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək

  18. ATƏT Dağlıq Qarabağda keçirilən referendumu tanımadı

  19. AŞPA Komitəsinin Bakı iclası işinə başladı

  20. Referenduma yalnız Dağlıq Qarabağla Bakı arasında bağlanmış sülh sazişi çıxarıla bilər"