Nabucco» ilkin mərhələdə Azərbaycan və İraq qazı ilə doldurulacaq
«Rusiyadan
yan keçərək, Türkiyədən Avropaya uzanacaq «Nabucco» qaz kəməri Mərkəzi Asiya
ölkələri qazını ixrac edəcək».
Layihənin
təşəbbüskarı olan Avstriyanın OMV şirkəti bəyan edib ki, «Nabucco»nun
rentabelli olması üçün ilkin mərhələdə onun Azərbaycan və İraq qazı ilə
doldurulması nəzərdə tutulub.
OMV 2015-ci ildən başlayaraq, kəmərlə Azərbaycanın «Şah Dəniz» yatağından
ən azı 8 milyard kubmetr qazın nəqlinə ümid edir. Ümumilikdə isə «Nabucco»nun
işə düşdüyü ilk mərhələdə Avropaya 17 milyard kubmetr qazın nəqli
planlaşdırılır.
Milli.Az