Tbilisidəki Avroaziya fondundan «Trend»in müxbirinə verilən xəbərə görə, forumda Azərbaycan, Ermənistan və Gürcüstandan olan ekoloqlar iştirak edəcəklər. Forumu Avrokomissiyanın (Brüsel, Belçika) baş direktorunun nümayəndəsi Qenrietta Faerqman açacaq. Görüş gedişində tərəflər Cənubi Qafqaz regionunun ekoloji problemlərni müzakirə edəcək və birgə iş planı hazırlayacaqlar. Forum iştirakçıldarını narahat edən əsas məsələ Kür-Araz su hovuzundakı vəziyyətdir.
Geri